143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildibackend

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha bir hərbçi həbs edilib. 

KONKRET.az-ın məlumatına görə, N saylı hərbi-hissənin maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov dövlətə dəymiş ziyanı ödəmədiyi üçün barəsində tədbir görülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə E.Cəfərov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Cəfərovun işi üzrə dövlətə 2 milyon 200 min manat ziyan dəyib.

Qeyd edək ki, Elvin Cəfərov bir müddət əvvəl Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin həbsdə olan rəisi general-mayor Nizami Məmmədovun məhkəməsində şahid qismində dindirilmişdi. (Qafqazinfo)

 

  • Elnur
    May 3, 2024 - 16:58

    Bir ucdan tuturlar goresen bu qeder pulu tek yeyibler guya ondan yekeler bilmiyib?mende deyirem bu villalar valiklere masin hardan alinib ….hele o bir yana bizim bir ay maasin dalin cekeyler deyesen bunlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*