“Sülh sazişinin mətnindən kommunikasiyaların açılması məsələsi çıxarılsa da, Azərbaycan Zəngəzur dəhlizinin istifadəyə verilməsi prosesindən geri addım atmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.
“Bakı bunu gizlətmir. Eyni zamanda Azərbaycan demilitarizasiyadan və 300 min azərbaycanlının Ermənistana köçürülməsindən danışır. Həmçinin Bakı Ermənistan hakimiyyətinin hazır olduğu Konstitusiyaya dəyişiklikləri tezləşdirməsi üçün İrəvana təzyiq göstırir”, – deyə Abramyan vurğulayıb.
Aynurə İsmayıl