Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyevanın səlahiyyət müddəti başa çatır.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, S.Əliyevanın səlahiyyət müddəti 2026-cı ilin noyabrında bitəcək. Bu tarixə bir neçə ay qalmış prosesə start verilir, namizəd kadrlar müəyyənləşir. Gələn il Ombudsman Aparatında köklü kadr dəyişikliyi gözlənilir.
Qeyd: Səbinə Əliyeva ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə Ombudsman seçilib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun müvəkkilin səlahiyyət müddəti barədə 4-cü maddəsinin 1-ci bəndinə əsasən isə, müvəkkil 7 il müddətinə seçilir.

Bəli,doğru edib dəyişirlər.Ona görə ki, Azərbaycanda Ombdusman Aparatı yox səviyyədidir və fəaliyyətidə demək olar ki,yox dərəcəsindədir.
Kim deyir sene men sexsen ambusman aparatinin ve onlarin kollektivi cox gozel ve opirativ isleyirler mene neqeder komek edibler problemlerimi helle edibler haqqsizligi aradan qaldriblar siz sikayetinizi deqiq ve real movcud olan probleminizi subutlariyla deseniz hell edirler ve baxirlar
Deməzdim ki,işləmirlər,vətəndaşı çox gözəl qəbul edib və dinləyirlər.Sadəcə şikayət ərizəmiz sahibi ùzrə unvana yönlədilir və orada artıq o kiçik məmurlar aləmi qatıb qarışdırır(maddi sùbut və dəlilləri yox edərək) bu səbəbdən bizim şikayətlərimiz əsasız olaraq başqa istiqamətə yönəldilir.
Ombudsman aparatı sanki mirzəliklə məşğuldur, məktubun üzərinə digər müşayət edici məktub qoyub göndərirlər şikayət etdiyin quruma, olarda nə cavab yazır onu kopiyalayıb, təkrar vətəndaşa yazırlar. Belə iş təşkil olunmur, yazışmalara bir aydan çox vaxt sərf olunur, məsələ aktuallığını itirir, sonra şablon xarakterli cavablar verilir. Ombudsman institutu bizdə demək olar ki, özləri üçün vaxt keçirən bir qurumdur, şəhərin mərkəzində, Bulvar ilə üz-üzə, əvvəlki hökumət sarayında yerləşiblər, komfortlu şərait, lüks avtomobillər, yüksək əmək haqqı, amma xalqa xidmət – 3 səviyyədə, vətəndaş məmnunluğu yox səviyyəsindədir, siyasiləşdirilmiş təşkilatdır.