Qubada 60 yaşlı kişi dəm qazından boğulub.
KONKRET.az xəbər verir ki, 1966-cı il təvəllüdlü İmran Ziyəddin oğlu Allahverdiyevin yaşadığı fərdi evinin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
