Amerikada azərbaycanlılar arasında qətl hadisəsi ilə bitən insident yaşanıb.
KONKRET.az bildirir ki, bu barədə Musavat.com məlumat yayıb. Xəbərə görə, əslən Naxçıvandan olan Xəlil Xəlilov Ənvər Quliyev adlı soydaşımıza və onun qayını Əhməd Əhmədova avtomobilindən götürdüyü bıçaqla hücum edib.
Ənvər Quliyev ürəyindən aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib. Onun qaynı Əhməd Əhmədov isə hazırda xəstəxanadadır və müalicəsini davam etdirir.
Onların Zaqataladan olduğu bildirilir.
Amerika saytları hadisə ilə bağlı yazıb ki, iyulun 17-də saat 12 radələrində polis Viskonsin prospektinin 1800-cü məhəlləsindəki qarajın içərisində dava olması barədə xəbər alıb: “Daha sonra polislər xəstəxanaya çağırılıb və orada bıçaqlanmış iki nəfərin olduğu müəyyən edilib. Hadisə səbəbindən 36 yaşlı Ənvər Quliyev dünyasını dəyişib. Polis hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Xəlil Xəlilovu həbs edib”.
Məlumata görə, hadisəyə səbəb tərəflər arasında baş verən kiçik şəxsi mübahisə olub. Daha sonra bu kiçik söz davası qətllə nəticələnən hadisəyə çevrilib.
quliyev enverin oğluyam xelil xelilov un nömersini ata bilersiz
o da olmasa kamera göruntulerni atin varsa