Netanyahudan nazirlərə tapşırıq – Bunu etməyin!backend

Netanyahudan nazirlərə tapşırıq - Bunu etməyin!

İsrailin Baş Naziri Benyamin Netanyahu nazirlərindən ABŞ Prezidenti Donald Trampı şəxsən tənqid etməmələrini istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “24Nyus” xəbər saytı adı açıqlanmayan yüksək vəzifəli İsrail rəsmilərinə istinadən məlumat verib.

İsrail hesab edir ki, İran ABŞ ilə mümkün razılaşmadan yararlanaraq iqtisadiyyatını gücləndirə və hərbi imkanlarını artıra bilər.

Bu səbəbdən ABŞ-İran razılaşmasından sonra israilli siyasətçilərin Donald Trampa qarşı narazılığı artmağa başlayıb. Bu məsələ ilə bağlı tənqidlər təkcə Trampa yönəlməyib, həmçinin Təl-Əvivə qarşı sərt bəyanatlar verən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə qədər uzanıb.//axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*