ABŞ-də polis zorakılığı – 836 nəfər öldürülübbackend

ABŞ-də polis zorakılığı - 836 nəfər öldürülüb

2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən 836 nəfər öldürülüb.

KONKRET.az bu barədə polis zorakılığına dair bazaya (mappingpoliceviolence.us) istinadən məlumat yayıb.

Belə ki, bu ilin ilk 8 ayında yalnız 12 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 8 ayındakı göstəricilər artım tendensiyasını göstərir.

2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*