ABŞ-dən “bu səhvi bir daha etməyəcəyik” AÇIQLAMASIbackend

ABŞ-dən “bu səhvi bir daha etməyəcəyik” AÇIQLAMASI

“Qərb bir əsr əvvəl bu bölgədə yeni xəritələr, sərhədlər, yabancı idarəçilik tətbiq etdi. Suriya kimi daha geniş bir region sülh üçün deyil, imperial maraqlar üçün qazanca görə bölündü.

Bu səhv sonradan gələn nəsillərə baha başa gəldi. Bunu bir daha etməyəcəyik. Qərbin müdaxailəsi dövrü sona çatdı”.

KONKRET.az xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların Türkiyədəki səfiri və Suriya üzrə xüsusi təmsilçisi Tom Barrak vurğulayıb.

O daha sonra deyib: “Türkiyə, Körfəz ölkələri və Avropa ilə bir yerdə bu dəfə ordu, güc və xəyali sərhədlərlə deyil, Suriya xalqının özü ilə çiyin-çiyinə dururuq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*