ABŞ İsveçə yeni avtomat silahlar göndərəcəkbackend

ABŞ İsveçə yeni avtomat silahlar göndərəcək

İsveç Ordusu Amerika Birləşmiş Ştatlarından on beş min avtomat silah almağı planlaşdırır.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb İsveç ordusunun arsenalında olan silahların yararsız olmasıdır. Mənbənin bildirdiyinə görə İsveç artıq özünün silah arsenalını yeniləməyi və NATO standartlarına çatdırmağı planlaşdırır. 2023-cü ildə Finlandiyanın Sako şirkəti ilə yeni atıcı silahların tədarükü üçün müqavilə bağlanıb. Eyni zamanda  İsveç rəhbərliyi  ABŞ-dən “Colt M4A1” hücum silahları almağa qərar verib. Həmin silahlar çağırışçılara, müqaviləli əsgərlərə, zabitlərə və  krallıqdan kənarda-  Latviyada xidmət edən hərbi qulluqçularla da paylanacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*