ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadıbackend

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı

ABŞ Ukrayna Təhlükəsizlik Forumuna nümayəndə göndərməyib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post”un köşə yazarı Devid İqnatios məlumat yayıb.

Mayın 8-9-da keçirilən Kiyev Təhlükəsizlik Forumu çərçivəsində ABŞ-ın nə hərbi, nə də siyasi nümayəndələrinin tədbirdə iştirak etmədiyi bildirilir. Müəllif qeyd edir ki, forumda NATO-nun digər üzv ölkələrindən – Almaniya, Kanada, Niderland və Latviya silahlı qüvvələrinin yüksək rütbəli generalları və admiralı iştirak etsələr də, ABŞ-dan heç bir nümayəndə heyətinin qatılmaması diqqət çəkib.

Bu addım ABŞ-ın rəsmi mövqeyində dəyişiklik siqnalı verirmi, yoxsa bu, taktiki addımdır – hələlik dəqiq deyil.

Natiq SƏLİM,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*