ABŞ ordusu Karakasdakı partlayışlara münasibət bildirmədibackend

ABŞ ordusu Karakasdakı partlayışlara münasibət bildirmədi

ABŞ ordusu Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlarda ABŞ qoşunlarının iştirakı ilə bağlı şərh verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

“Vaşinqtondakı ABŞ hərbi sözçüsü Karakasda baş verən partlayışlar barədə məlumatlardan xəbərdar olduğunu, lakin ABŞ-nin iştirakı ilə bağlı şərh verməkdən imtina etdiyini söylədi”, – deyə açıqlamada bildirilir.

Bundan əvvəl “CBS News”  yazmışdı ki, Tramp administrasiyası da hadisədən xəbərdardır. ABŞ hökumətindən hələlik rəsmi şərh verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*