Namiq Mənanın qızı və nəvəsi qəza keçirdi – VİDEObackend

Namiq Mənanın qızı və nəvəsi qəza keçirdi - VİDEO

Xəbər verdiyimiz kimi, Quba rayonunda yağan qar səbəbilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb.

KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub.

Yaydığımız videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.

Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedoqoji fəaliyyət göstərir.

Hadisə cəmiyyətdə böyük rezonans doğurub, bir daha qarlı-buzlu hava şəraitində, xüsusən dağlıq ərazilərdə avtomobillə hərəkətin nə qədər təhlükəli olduğunu gündəmə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*