Tramp Venesuela əməliyyatı ilə bağlı açıqladı: ABŞ xüsusi təyinatlıları arasında ölənlər var?backend

Tramp Venesuela əməliyyatı ilə bağlı açıqladı: ABŞ xüsusi təyinatlıları arasında ölənlər var?

ABŞ prezidenti Donald Tramp Venesuelada həyata keçirilən əməliyyatla bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ xüsusi təyinatlı qüvvələri arasında ölən olmayıb.

Prezident bildirib ki, əməliyyat zamanı bir neçə hərbçi yaralanıb, lakin onların vəziyyəti ilə bağlı əlavə detalları açıqlamayıb. Tramp vurğulayıb ki, əməliyyat plan üzrə icra olunub və ABŞ tərəfi vəziyyəti tam nəzarətdə saxlayır.

Onun sözlərinə görə, Vaşinqton Venesuela istiqamətində atılan addımlarla bağlı həm hərbi, həm də siyasi səviyyədə qərarlılığını qoruyur və proseslərin gedişatı yaxından izlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*