Mənzilin tavanı çökdü – Xəsarət alanlar varbackend

Mənzilin tavanı çökdü - Xəsarət alanlar var

Şabranda mənzilin tavanı çöküb.

KONKRET.az xəbər verir ki, şəhərin dəmir yolu stansiyası ətrafında olan iki mərtəbəli çoxmənzilli binalardan birində mənzilin tavan hissəsi sakinlərin üzərinə çöküb. Bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

Şabran rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə istismar dövrünü başa vuran binalardan birində baş verib. Həmin bina İH-nin balansında deyil.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*