ABŞ ordusu transseksualları fərdi istisnalar olmadığı təqdirdə 30 gün ərzində xidmətdən çıxarmağa başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib:
“Gender disforiyası diaqnozuna və ya tarixçəsinə malik, habelə ona uyğun simptomları olan qulluqçular hərbi xidmətdən tərxis ediləcəklər”.
Məlumatda daha sonra bildirilir: “Nazirlik yalnız kişi və qadın cinsini tanıyır. İnsanın cinsi dəyişməzdir və buna yol vermək olmaz. Bütün hərbi qulluqçular yalnız cinsinə uyğun xidmət edəcəklər”.
Qeyd olunur ki, konkret şəxslər üçün istisna məsələsinə yalnız məcburi dövlət marağı olduqda fərdi qaydada baxıla bilər. Bunun üçünsə, döyüş potensialını bilavasitə dəstəkləyən hərbçinin olması vacibdir. Belə bir istisnaya uyğun olmaq üçün hərbçi heç vaxt cinsini dəyişməyə cəhd etmədiyini sübuta yetirməli və 36 ay ərzində gender kimliyinin sabitliyini nümayiş etdirməlidir .
Vəli Həsənoğlu,
KONKRET.az