ABŞ Ukraynaya maliyyə yardımını dayandırır – Faydasızdırbackend

ABŞ Ukraynaya maliyyə yardımını dayandırır - Faydasızdır

ABŞ dövlət katibi Marko Rubio Ukraynaya əlavə maliyyə ayrılmasını faydasız adlandırıb və danışıqlara çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Rubio bildirib: “İndi hətta demokratlar da  başa düşürlər ki, Ukraynaya maliyyə ayrılması dalana dirənib və bəlkə də daha pisdir. Ukrayna viran qalıb və getdikcə daha çox ərazi itirir”.

O, həmçinin qeyd edib ki, Kiyevin perspektivləri ilə bağlı ictimaiyyət çaşdırılıb: “İnsanlar nədənsə əmin idilər ki, Ukrayna Rusiyanı nəinki məğlub, həm də məhv edə və 2012 – 2014-cü il sərhədlərinə qayıda bilər. Nəticədə bu baş vermədi və bizdən  maliyyə tələb olundu”.

Rubionun sözlərinə görə, Ukrayna yüz il geriyə atılıb. Onun enerji sektoru  məhv edilib,  milyonlarla vətəndaş ölkəni tərk edib və çox güman ki, geri qayıtmayacaqlar. Ölkənin yenidən qurulması üçün kimsə pul ödəməlidir”. Dövlət katibi münaqişənin uzandığını və buna son qoymalı olduğunu vurğulayıb: “Danışıqlar lazımdır və hər iki tərəf prosesdə güzəştə getməlidir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*