ABŞ və İsrail HƏRƏKƏTƏ KEÇDİ: İranda molla rejimi dağılacaq, hakimiyyətə isə…backend

ABŞ və İsrail HƏRƏKƏTƏ KEÇDİ: İranda molla rejimi dağılacaq, hakimiyyətə isə...

İranda son dövrlər artan daxili gərginlik və xarici təzyiqlər fonunda ölkənin gələcək siyasi taleyi ilə bağlı müzakirələr genişlənir.

Maraqlıdır, mövcud vəziyyət İranın gələcək daxili və xarici siyasət kursunu dəyişə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev baş verənlərin təsadüfi olmadığını və uzunmüddətli geosiyasi planların tərkib hissəsi kimi qiymətləndirildiyini bildirib.

Cümşüd Nuriyev

“Tehranda gedən proseslərin əsası hələ 1997-ci ildə ABŞ-da İranla bağlı qəbul edilən proqramda qoyulub və bu layihənin 2025-ci ilə qədər tamamlanması nəzərdə tutulurdu. Həmin plan tam həyata keçməsə də, məhz 2025-ci ildən etibarən yeni mərhələyə start verilib”.

Bu dəfə proseslərdə əsas rolu fars mənşəli qüvvələrin oynadığını deyən Cümşüd Nuriyev ABŞ-da güclü fars diasporunun mövcudluğuna diqqət çəkib.

Ekspertin fikrincə, məqsəd İranın daxildən zəiflədilməsi və parçalanmasıdır. O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə Donald Tramp arasında keçirilən görüşdən sonra ABŞ-ın İranın yenidən bombalanmasında iştirak etməyəcəyini açıqlaması, daha geniş planın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bu addımın İsraillə birbaşa qarşıdurmanı gündəmə gətirməmək üçün siyasi baxımdan hesablanmış yol olduğu da aydın görünür:

“Hazırkı prezident Məsud Pezeşkian ölkədə vəziyyəti yumşaltmağa çalışsa da, mühafizəkar molla rejimi buna qarşıdır. Onun sözlərinə görə, İranda islamın nüfuzdan salınmasına yönəlik addımlar da uzun illər əvvəl xaricdə, xüsusilə İngiltərədə hazırlanmış layihələrin tərkib hissəsidir və bu proseslər ölkədə ciddi qarşıdurma yaradıb”.

Politoloq əlavə edib ki, hazırda xalq narazılığı açıq şəkildə hiss olunur. O, İran tarixində müxtəlif hakimiyyət dəyişikliklərinin yaşandığını xatırladaraq, dövlətin bu dəfə də sistem səviyyəsində səhvlərdən qaçmağa çalışacağını bildirib. Bununla yanaşı, molla rejiminin apardığı siyasətin cəmiyyətdə ciddi narazılıq doğurduğunu, iqtisadiyyatın çökmək üzrə olduğunu və əhalinin ağır sosial vəziyyətdə yaşadığını vurğulayıb.

C.Nuriyevin fikrincə, mövcud proseslərin davam etməsi İranın ilk növbədə daxili siyasi modelini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. O, hesab edir ki, ölkədə baş verənlər İranın gələcəkdə həm daxili idarəetmə sistemində, həm də xarici siyasət kursunda ciddi dəyişikliklərə gedə biləcəyini göstərir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*