Abşeronda evdən 24 000 dollar OĞURLANDIbackend

Abşeronda evdən 24 000 dollar OĞURLANDI

Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib.

Bildirilib ki, 2022-ci il sentyabr-oktyabr ayları ərzində həmin evdən 3.000 manat, 24.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Nurlan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*