Ağadadaş Ağayev: “Övladım telefonu söndürüb yatırsa, ona halallıq vermirəm”backend

Ağadadaş Ağayev: “Övladım telefonu söndürüb yatırsa, ona halallıq vermirəm”

“Bir ata kimi övladlarıma maddi və mənəvi hər şey etmişəm. Ən ideal ata olmuşam. Kimsə bunu dana bilməz. İş də düzəltmişəm. Toyları olan gecə açarlarını vermişəm ki, gedin evinizə. Heç bilməyiblər evləri var. Oğul övladı özü ayaq üstə olmalıdır”.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev deyib.

O, bu barədə “Həftənin qonağı” proqramında danışıb.

Müğənni oğulları ilə münasibətlərindən danışıb. Xalq artisti söyləyib ki, oğlanlarına verdiyi dəstək onları bir növ ələbaxımlı edib:

“Oğlanlarım üçün hər şeyi özüm etmişəm. Bu, onları çox zəiflətdi. Onlar ayağa qalxa bilməzlər. Bir gənc 35 yaşına qədər həyat bazasını yarada bilmirsə, sürünənlərdəndir. Amma 35 yaşına qədər ayağını yerə bərk basırsa, yaxşıdır. Bizimkilər o yaşı keçiblər. Onlar möhkəm yıxılsa, ayağa qalxa bilməyəcəklər. Bircə, qız nəvəm var, kişi kimidir. Bircə, onda güc görürəm”.

A.Ağayev qızı Leyladan da bəhs edib:

“Leylaya (müğənni qızının fiziki qüsurlu olduğunu deyib) hamının münasibəti yaxşıdır. Bunun arxasında əməl yoxdursa, necə yaxşı olsun? Bunların əməlində boşluq var. Deyirəm, niyə Leylanın yanına getmirsən, nə edirsən? Əgər gecə övladım telefonu söndürüb yatırsa, mənim oğlum deyil. Ona hallalıq da vermirəm. Atan yaşlı adamdır, bəlkə ölüb? Sən oldun kim? Torpağın altında yatan qurd. Niyə telefonu gecə açıq saxlamırsan? Sənin xəstə anan, atan, bacın var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*