Üzv olduğu partiyadan çıxarılan deputat: “Xəbəri mətbuatdan öyrəndim”backend

Üzv olduğu partiyadan çıxarılan deputat: “Xəbəri mətbuatdan öyrəndim”

“Mən də sizin kimi bu xəbəri az öncə mətbuatdan öyrəndim”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Ədalət, Hüquq və Demokratiya Partiyasından xaric edilən deputat Elçin Mirzəbəyli deyib.

“Ən az sizin qədər məlumatsızam. Belə bir addım atıblarsa, canları sağ olsun. Bu barədə əlavə hər hansısa şərhim yaxud açıqlamam yoxdur”, – o vurğulayıb.

Xatırladaq ki, şair-publisist Elçin Mirzəbəyli 2000-ci ilin əvvəllərində müxalif Vətəndaş Həmrəyliyi Partiyasından istefa verib o zaman iki hissəyə bölünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi qanadına keçib. Partiya daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, daha sonra isə Ədalət, Hüquq və Demokratiya Partiyası adlanıb.

E.Mirzəbəyli təşkilatda siyasi məsələlər üzrə sədr müavini postunu tuturdu. Eyni zamanda, bir müddət “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub.

2024-cü ildə partiya üzvü kimi 90 saylı Ağsu Seçki Dairəsindən Milli Məclisə deputat seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*