Azərbaycanda şəriət bankları açılacaqbackend

Azərbaycanda şəriət bankları açılacaq

Azərbaycanda planlaşdırılan İslam bankçılığı “pəncərələri” banklar üçün yeni gəlir mənbələri yaradacaq.

KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Moody’s məlumat yayıb.

Agentliyin hesabatına görə, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildən etibarən İslam bankçılığı məhsullarının tətbiqinə başlanılacağını açıqlayıb.

Xəbərdə qeyd olunur ki, ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər görülməsi, o cümlədən Mülki Məcəlləyə, “Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Əsas təkliflərdən biri isə İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*