Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Nemətabad kəndi yaxınlığında baş verib.
“Mercedes -Vito” markalı mikroavtobus ilə digər iki maşının toqquşması nəticəsində xəsarət alanlar olub. Mikroavtobusdakı sərnişinlərdən biri, Yevlax rayon sakini İdris Vəliyev xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.