Almaniya 2024-cü ildən müdafiə xərclərini artıracaq – Şolzbackend

Almaniya 2024-cü ildən müdafiə xərclərini artıracaq - Şolz

Almaniya 2024-cü ildə NATO-nun ÜDM-in 2%-ni müdafiəyə xərcləmə hədəfinə çatacaq.

KONKRET.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

“Bizə ölkəmizi qoruya biləcək ordu lazımdır. Bu məqsədlə 2022-ci ildə 100 milyard avroluq silahlı qüvvələrə dəstək fondu yaradılıb: “Beləliklə, 2024-cü ildə biz ilk dəfə olaraq NATO-nun 2%-lik hədəfinə çatacağıq”, – Şolz bildirib.

“Uzun müddət ərzində bu xərcləri 2%-ə çatdırmaq vacibdir. Bu vəd aktualdır, bu, təhlükəsizlik siyasəti sahəsində yeni reallıqla bağlıdır”, – Şolz əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*