Prezidentlərin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir – Hikmət Hacıyevbackend

Prezidentlərin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir – Hikmət Hacıyev

Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir”, – Hikmət Hacıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*