Nazir rəisi vəzifəsindən azad etdi — FOTObackend

Nazir rəisi vəzifəsindən azad etdi — FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. 

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Abdulla Abdullayev Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin olunub.

FHN-dən Qaynarinfo-ya bildirilib ki, Ziya Əfsərov bir müddət əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, polkovnik Ziya Əfsərov 2020-ci ildən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*