Füzuli rayonunda kişi evinin həyətində ölü vəziyyətdə tapılıb.
KONKRET.az-ın lent.az-a istinadən məlumatına görə, hadisə Zobucuq-2 qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 84 yaşlı Cavanşir Şamil oğlu Bayramovun meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
