Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaqbackend

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, dərman vasitələrinin Azərbaycan dilində istifadə təlimatı olmadan satışı cərimələnəcək.

KONKRET.az-ın məlumatına görə, əgər dərman vasitəsinin Azərbaycan dilində istifadə təlimatı qablaşdırmanın içərisində və ya yanında olmazsa və istehlakçının tələbi əsasında aptek tərəfindən çap edilərək təqdim edilməzsə, həmin aptekə cərimə tətbiq olunacaq.

Bu halda aptek təşkilatları 50 manat məbləğində cərimə ediləcək.

Yeni qaydalar istehlakçı hüquqlarını qorumaq və vətəndaşların dərmanlardan düzgün istifadə etməsini təmin etmək məqsədi daşıyır. (baku.ws)

  • Esmira
    Fevral 18, 2025 - 07:12

    Guya tərcümə edib nə yazirlar ?
    “Dərman vasitəsi deyildir” bəzilərində nə üçündür, hansi hallarda istifadə olunur, hansi problemləri aradan qaldirir o belə yoxdur.

  • İsmayıl
    Fevral 18, 2025 - 14:14

    İnsanları ancaq cərimə ilə qorxutmaq düzgün yol deyil.sivil yol seçın

  • Sərraf
    Fevral 18, 2025 - 17:03

    ,”Azərbaycan dilində təlimat yoxdur” deyə müştəri müraciət (sikayət) edəcək. Ona görə də cərimə olunan cəriməni müştəriyə ödənilməlidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*