Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda qərar verildibackend

Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda qərar verildi

Yasamal Rayon Məhkəməsində həyat yoldaşını güllələməkdə təqsirləndirilən “Referans” klinikasının filial rəhbəri Vasif Kərimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqdima təmin olunub və V.Kərimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə iyulun 16-da günorta saatlarında Bakının Yasamal rayonu ərazisində baş verib. 1986-cı il təvəllüdlü Vasif Kərimov yaşadığı binanın qarajında həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanı ov tüfəngi ilə güllələyib. Qadın güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə V.Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*