AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır – ŞOK AÇIQLAMAbackend

AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır - ŞOK AÇIQLAMA

Mehdiyev AMEA-da olanda, hətta bağında oturanda parlamentə, ictimai, siyasi, media sahəsinə müdaxilə edə bilərdi, bunun üçün əlində, çox güman, rıçaqları var idi. Amma, ölkədə iqtisadi vəziyyətə müdaxilə imkanlarının olduğunu düşünmürəm. Məmləkətin makro-iqtisadi mənzərəsi isə, yumşaq desəm, ürəkaçan deyil.

KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

“Azərbaycanda ÜDM artmır, 0,9% lik artım ciddi məsələ deyil, hətta ressesiya göstəricisidir, adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşmüşük, büdcəmizin gəlir hissəsi gələn il cəmi 67 mln. manat artacaq ki, bu da heç artım deyil.

Bunlar azmış kimi, AYNA taksi xidmətini tam inhisara almağa cəhdlərini dayandırmır, taksi sayına mənasız və məzmunsuz limit qoymağı təklif edir, Nazirlər Kabineti bunu qəbul edir – nəticədə 30 min insan işsiz qalacaq, taksi qiymətləri isə kəskin bahalaşacaq. AYNA hava limaninda da taksi xidmətini inhisara alır, buna hətta Ombudsman Aparatı etiraz edir, amma heç nə dəyişmir.

İndi təqaüd yaşını da artırmaq istəyirlər, Maliyyə Nazirliyi təklif hazırlayıb, təqaüd məsələsində yaş həddi vacib, amma ikinci dərəcəli məsələdir, həmişə qəsdən bunu qabardırlar ki, təqaüdlərin az olması müzakirədən kənar qalsın – halbuki, ən vacib məsələ budur, ölkədə 900 min təqaüdçü minimum təqaüd civarında ödəniş alır, ayıb olan, düzəldilməli olan məsələ budur.

Yəni, iqtisadi komandanın işində qüsurlar var və bu məsələ tezliklə həll olunmalı, həm komanda, həm də aparılan iqtisadi siyasət kökündən dəyişdirilməlidir”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*