Azərbaycan müdafiə xərclərini azaldacaqbackend

Azərbaycan müdafiə xərclərini azaldacaq

Azərbaycan hökuməti 2030-cu ilə qədər müdafiə və milli təhlükəsizlik üçün büdcə xərclərini 7,969 milyard manata (indiki məzənnə ilə 4,69 milyard dollar) azaltmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, Maliyyə Nazirliyinin saytında dərc olunan ortamüddətli büdcə materiallarına əsasən, 2026-cı ildə bu məqsədlər üçün xərclərin 8,715 milyard manat (5,12 milyard dollar) olacağı proqnozlaşdırılır.

Beləliklə, 2026-2029-cu illər arasında müdafiə və milli təhlükəsizlik xərcləri 8,6% azalacaq. 2026-cı ildə müdafiə xərcləri bütün dövlət büdcəsi xərclərinin 20,9%-ni təşkil edəcək. 2029-cu ildə bu pay 18,4%-ə qədər azalacaq.

2025-ci il üçün Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8,396 milyard manat (4,94 milyard dollar) olacağı proqnozlaşdırılır.

Oktyabrın 16-da dolların rəsmi məzənnəsi 1,7 manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*