Azərbaycanda ər arvadını öldürdübackend

Azərbaycanda ər arvadını öldürdü

Tovuzda qətl olub.

KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, hadisə Əyyublu kəndində baş verib.

Əyyublu kənd sakini 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu qısqanclığa görə arvadı 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızını bıçaqlayıb.Qadın hadisə yerində ölüb.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

***

Hadisəni törədən 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər görülür.

***
Səbuhi Hacızadə Mətanət Hacızadəyə bıçaq zərbələri endirdikdən sonra video çəkib paylaşıb və əməlinə “haqq” qazandırıb.

Məlumata görə, cütlüyün övladı var

Hadisə yerindən fotoları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*