Suriyanın daxili işlər naziri Ənəs Xəttab Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüşüb.
KONKRET.az oxu.az-a istinadla xəbərinə görə, bu barədə Suriyanın Daxili İşlər Nazirliyinin “Telegram” kanalı məlumat verib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən təhlükəsizlik və daxili işlər orqanlarının fəaliyyətini müzakirə ediblər.
Tərəflərin fikrincə, sabitliyin möhkəmləndirilməsinə və iki ölkənin ümumi maraqlarına nail olunmasına töhfə verəcək təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.