Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini yenidən irəli sürmək niyyətində olduğunu açıqlayıb.
KONKRET.az xəbərinə görə, Pakistan lideri qeyd edib ki, Donald Trampın sülhün təşviqində mühüm rolu olub və o, beynəlxalq səviyyədə bu fəaliyyətinə görə tanınmağa layiq şəxsdir.
“Mən bir daha bu böyük prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək istərdim. O, ən diqqətəlayiq namizəddir. Sizi salamlayıram, cənab Prezident”, – Şərif vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
