Trampın Ərdoğanla bağlı bu sözləri dünyanın gündəmində…backend

Trampın Ərdoğanla bağlı bu sözləri dünyanın gündəmində...

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı “möhkəm qoz” adlandırıb.

KONKRET.az xəbər verir ki, Tramp, onun şəxsi keyfiyyətlərini, həmçinin Türkiyənin qlobal siyasətdəki rolunu yüksək qiymətləndirib.

“Ərdoğan dünyanın ən güclü ordularından birinə sahibdir. O, iddia etdiyindən qat-qat güclüdür. Bir çox münaqişələrdə qalib gəlib, amma şöhrətə can atmır, sadəcə tək qalmaq istəyir”, – Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, Ərdoğan xaraktercə çətin, lakin sadiq dostdur və “lazım olanda həmişə insanın yanındadır”.

“NATO-nun Ərdoğanla problemləri olanda yanıma gəlirlər. Mən Ərdoğanla danışıram və o, məni heç vaxt ruhdan salmır. O, fantastik şəxsdir. Dostluğunuz üçün təşəkkür edirik”, – Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*