Ermənistan Azərbaycanla danışıqlar prosesində istədiyi irəliləyişi əldə edə bilmir. Bu səbəbdən İrəvan hökuməti Türkiyə məsələsini qabardaraq pozitiv inkişaf olduğunu göstərməyə çalışır.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Ayakve” təşkilatının rəhbəri Armen Manvelyan deyib.
Onun sözlərinə görə, Türkiyə, Ermənistan Azərbaycanla razılaşma əldə etmədən, bizimlə heç bir müqavilə imzalamayacaq:
“Türkiyə Qars-Gümrü yolunu aça bilər, amma ilk olaraq İrəvan Bakı ilə kapitulyasiyaya imza atmalıdır. Bundan sonra Ermənistanın tam nəzarətə götürülməsi üçün iqtisadi müdaxilə olacaq. Hökumətin sülh müqaviləsi adlandırdığı şey Azərbaycana üstünlüklər verir. Bakı isə təkcə siyasi yox, iqtisadi, demoqrafik tələblər də irəli sürür. Bu onların Ermənistana leqal şəkildə gəlmələrinə və burada şərtlərini diktə etmələrinə imkan yaradacaq. Müqavilə imzalanarsa, biz azərbaycanlılar üçün Ermənistanda yol və evlər tikməli olacağıq”.