Bakıda 20 yaşlı oğlan hosteldə məktub qoyub yoxa çıxdıbackend

Bakıda 20 yaşlı oğlan hosteldə məktub qoyub yoxa çıxdı

Bakıda 20 yaşlı oğlan itkin düşüb.

KONKRET.az xəbər verir ki, Ağdaş rayon sakini, 20 yaşlı Xəyal Musayev fevralın 9-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.

Araşdırmalar zamanı məlum olub ki, X.Musayev paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən hosteldə qalırmış. O, fevralın 9-da saat 20 radələrində telefonunu və “intihar edəcəyəm, heç kimin günahı yoxdur”,- sözləri yazılmış məktubu hosteldə qoyaraq oranı tərk edib.

Hazırda araşdırma tədbirləri davam etdirilir.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*