Hacıqabulda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandıbackend

Hacıqabulda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı

Hacıqabul rayonunun Muğan kəndi ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) iyulun 12-də, saat 06 radələrindən başlayaraq Hacıqabul və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım şöbələrinə yerləşdiriliblər.

Bu barədə KONKRET.az– Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*