Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı yeni məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Muğan qəsəbəsində Ramil Alqışovun idarə etdiyi “Yutong” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 2 nəfər – Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.
Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.
Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

