Gürcüstanda sel fəlakəti – Telavi su altında qaldı+Videobackend

Gürcüstanda sel fəlakəti - Telavi su altında qaldı+Video

Gürcüstanın Telavi şəhərində güclü leysan yağışlarından sonra “Telavis xevi” çayı məcrasından çıxaraq ciddi fəsadlar törədib.

KONKRET.az xəbər verir ki, sel suları şəhərin mərkəzi küçələrini, yaşayış evlərinin zirzəmilərini, mağaza və aptekləri su altında qoyub.

Təbii fəlakət səbəbindən şəhərin böyük hissəsində işıq, qaz və içməli suyun verilişi dayandırılıb, bir neçə avtomobilə ziyan dəyib.

Kaxeti bölgəsinin qubernatoru dəyən ziyanın böyük olduğunu bildirib.

Hazırda əraziyə xüsusi texnika cəlb olunub və fəsadların aradan qaldırılması üçün operativ qərargah yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*