Bakıda dönərçi dönərin pulunu verməyən müştərini döydü – CƏZAbackend

Bakıda dönərçi dönərin pulunu verməyən müştərini döydü - CƏZA

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nofəl Cəbrayılovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.

İttiham aktına görə, hadisə 14 may 2025-ci il tarixdə, saat 13:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Dönər Baku” adlı dönərxananın qarşısında qeydə alınıb.

Belə ki, Nofəl Cəbrayılov dönərçi işlədiyi sözügedən dönərxanaya gələn müştəri, zərərçəkmiş Səlim Kərimli (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin sifariş verdiyi dönərin pulunu verməməsi olub.

Sonra Nofəl zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədib, ona fiziki zor tətbiq edib və yumruqla sol qoltuqaltı nahiyəsindən vuraraq bədən xəsarəti yetirib.

Daha sonra Nofəl Cəbrayılov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*