Bakıda iki ailənin yaşadığı ev YANDIbackend

Bakıda iki ailənin yaşadığı ev YANDI

Bakı şəhərində iki ailənin yaşadığı evdə yanğın baş verib.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərin Suraxanı rayonunda bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 320 m² olan evlərdən sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 25 m² sahədə, 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları 35 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Yüksək temperaturdan evin 2-ci mərtəbəsində 1 otağın lambirdən ibarət tavanı 16 m² sahədə əriyib və 1-ci mərtəbəsində mətbəx əşyaları qarsalanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*