Bakıda ikimərtəbəli obyekt yandıbackend

Bakıda ikimərtəbəli obyekt yandı

Bakıda obyektdə yanğın olub.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 420 m² olan ikimərtəbəli tikilinin (hər mərtəbəsi 210 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər, 2-ci mərtəbəsi idman zalı kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 30 m² sahədə və 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 6 m² sahədə yanıb.

“Yüksək temperaturdan tikilinin 2-ci mərtəbəsinin lambirdən ibarət tavanı 30 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə nazirliyin yaydığı açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*