Bakıda məşhur restoranda göyərçinlərə atəş açıldıbackend

Bakıda məşhur restoranda göyərçinlərə atəş açıldı

Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən “Glazed” restoranının əməkdaşlarının ərazidəki quşlara atəş açması ilə bağlı polisə müraciət edilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Nəsirov küçəsində yaşayan L.Mixaylovna polisə zəng edərək evinin yaxınlığındakı restoranda çalışan şəxslərin ətrafdakı göyərçinlərə atəş açdığını deyib. Bundan sonra əraziyə polis əməkdaşları gəlib və restorana baxış keçirilib.

Baxış zamanı restoranın sahibi, 1978-ci il təvəllüdlü Dilsuz Əliyevə məxsus “Kral Air Rifle Kal” markalı tüfəng aşkar edilib. Atəş açan şəxsin restoranın inzibatçısı, 1990-cı il təvəllüdlü Cəlil Rəhimov olması müəyyən edilib.

Onlar silahın istifadəyə yararsız tir tüfəngi olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*