Bakıda qadını avtomobil vurdubackend

Bakıda qadını avtomobil vurdu

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, qəza Azadlıq prospekti 3 ünvanında qeydə alınıb.

Belə ki, yolu keçərkən 1985-ci il təvəllüdlü Əhmədova Günel Ramiz qızını minik avtomobili vurub.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*