Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Qəza zamanı 1 ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.