DİN Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yaydı – YENİLƏNİBbackend

DİN Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Bu gun saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

22:11

Bakıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.

Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*