Bakıdan Naxçıvana karqo ilə göndərilən yük əskik çatır? – VİDEObackend

Bakıdan Naxçıvana karqo ilə göndərilən yük əskik çatır? - VİDEO

Bakıda yaşayan Naxçıvan sakini qəribə hadisə ilə üzləşib.

KONKRET.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Namiq Ağabəyli adlı şəxs karqo şirkətlərindən biri ilə Naxçıvana ümumi çəkisi 185 kq olan 15 qutudan ibarət yük yola salıb.

Vətəndaş iddia edir ki, hava yolu ilə çatdırılan yük Naxçıvanda təhvil alınarkən üzərindən bir qismi əskik olub.

Müsahibimiz ümumilikdə ona 320 manat ziyan dəydiyini iddia edir. Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti üzrə müraciətləri nəticəsiz qalıb.

Bununla bağlı sözügedən karqo şirkətindən şifahi olaraq bildirilib ki, bu gün qeyri-iş günü olduğundan vətəndaşın problemi həftənin birinci günü tam araşdırılacaq və həll ediləcək.

Daha ətraflı videomaterialda:

  • Nurlana
    Fevral 20, 2023 - 14:41

    Qeribe deyil Azerbaycanda her wey ola biler.Normaldi.Qardaw qebul et.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*