Bu casusları erməni kilsəsi vasitəsilə tapmaq olar – Njdenin SİYAHISIbackend

Bu casusları erməni kilsəsi vasitəsilə tapmaq olar – Njdenin SİYAHISI

19-cu əsrin birinci yarısında -1828-ci il martın 21-də İrəvan xanlığı ərazisində erməni vilayətinin yarandığı gündən, Azərbaycan torpaqlarında yeni münaqişə ocağının təməli qoyuldu. Bölgəni işğal edən Çar Rusiyası regionu erməniləşdirmək üçün xüsusi strategiya üzərində işlməklə İrandan və Türkəyədən Azərbaycanın əzəli torpaqlarına yad insanların ayaqları dəyməyə başladı. Ermənilərin məskunlaşmasını xüsusi proqramla həyata keçirən Rusiya bölgəni erməniləşdirməklə öz geosiyasi maraqlarını həyata keçirməyə davam edirdi. Artıq yeni ərazilərdə məskunlaşan ermənilər təşkilatlanır və onlara verilən vədin yerinə yetirilməsi gününü səbirsizliklə gözləyirdilər. 1890-cı ildə Tiflisdə bir qrup erməninin yaratdığı siyasi təşkilat Daşnaksütyun adlandı. Daşnakların məqsədi silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksütyunun mətbu orqanı hesab edilən “Droşak” (bayraq) qəzetində daşnaklar öz proqramlarını dərc etdilər.

Daşnaklar kimlərdir?

Daşnaklar Türkiyəyə qarşı sıx birləşmişdilər və buna görə də Rusiyanın tərəfində idilər. Daşnaklar əldə etdikləri külli miqdarda vəsait hesabına öz sıralarını genişləndirir və silahlar alırdı. Həmin vəsaitlər isə təkcə varlı ermənilərin ianələri hesabına toplanmamışdı. Daşnakları Türkiyəyə qarşı qaldıran Fransa və Böyük Britaniyanın kəşfiyyat orqanları da onlara xeyli vəsait verirdi. Onların məqsədi ərazi əldə etmək və onu imkan düşən kimi genişləndirmək idi. Bu ideologiyanı həyata keçirmək istəyənlərdən biri də Qaragin Nijde idi. Əli minlərlə günahsız azərbaycanlının qanına batan Nijde haqqında nə bilirik?

“SSRİ DTK-sının İkinci İdarəsinin erməni millətçisi antisovet fəaliyyəti haqqında və alman kəşfiyyatı tərəfindən 1943-cü il 5 iyun tarixli 1459 saylı “Dromedar” sonderkommandosu haqqında” oriyentasiyasında deyilir: “Bolqarıstanda Hitlerin partiyası kimi erməni millətçi partiyası yaradıldı, ona Bolqarıstan ordusunun keçmiş leytenantı Qaregin Njde rəhbərlik edirdi”.

Qareginin dindirmə protokolundan bəzi detalları təqdim edirik:

“Mən Hayk Asatryana yazmışdım ki, Bolqarıstandakı bir qrup ermənini Berlinə göndərsin. O isə  31 nəfər ermənidən ibarət qrup hazırlayıb göndərmişdi.  Haykın Sofiyada mağazası var. Həmin mağaza ermənilərin görüş yeridir. 31 nəfərdən ibarət qrup da orada toplanmışdı və  Berlinə göndərildilər. Oradan isə Hohen-Bindeyə aparılıb  xüsusi məktəbdə yerləşdirildilər.

Müstəntiq:

— Hohen-Binddə təlim keçənlərin adlarını sadalayın.

Nijde:

— Məktəbdə əsasən gənclər var idi, ona görə hamını tanımıram, onların bəzilərini üzdən tanıyıram. Bir neçəsini isə yaxından tanıyırdım. Sliven şəhərindən Markus Markusyan, Burqasdan Qriqor Bostancyan, Slivendən Onik Petrosyan, Sofiyadan Abro Qriqoryan, Martik, soyadını xatırlamıram, Plovdivdən idi. Digərlərinin adlarını xatırlamıram. Dəfələrlə xüsusi məktəbdə olmuşam və hamısıyla görüşmüşəm.

Mayor Engelhaupt bizə nəzarət edirdi. Dedi ki, mənim dəstəm üç yerə bölünəcək. Bir hissəsi yararsız kimi dağıdılmalı, digər hissəsi erməni legionunda xidmətə göndərilməli, üçüncü hissə isə Dronun sərəncamına verilməlidir.

– Təlim keçmək üçün Berlinə gələn qrupdakı ermənilərin ad və soyadlarını deyin.

Nijde:

  • Markosyan Markus 25 yaşı vardı. Sliven şəhərində yaşayırdı, peşəsi, deyəsən, çəkməçi idi.
  • Petrosyan Onik, 30 yaş vardı, bərbər işləyirdi, Slivendə yaşayırdı.
  • Bostancyan Qriqor, 30 yaşlı Türkiyə ermənisi idi. Kitab mağazası vardı, Burqasda yaşayırdı.
  • Petikyan Srvasar, 30 yaşı vardı. O da Türkiyə ermənisi idi. Bolqarıstan ordusunun ehtiyatda olan zabiti idi.
  • 60 yaşlı Cəlalyan Sedrak 1920−21-ci illərdə Sovet Ermənistanından mühacirət edib. Peşəsi müəllimdir, indi Berlində, Dronun qrupundadır.
  • Tamazyan Aram, 25 yaşlı Türkiyə ermənisi. Varnalı tacirdir. Berlində Cəlalyanla birlikdə qaldı və Dronun qrupuna qoşuldu.
  • Qriqoryan Abram (Abro), 60 yaşı vardı. Türkiyə ermənisidir. Fəhlə işləyib, Sofiyada Safron küçəsində yaşayırdı. Berlinə gəldikdən sonra xəstələndi. İndi harada olması barədə məlumatım yoxdur.

Digərlərinin adlarını bilmirəm. Həkim Hayk Asatryan onları yaxşı tanıyır. O, Sofiyada, qəhvəxanası olan qaynının evindədir. Onun ünvanını erməni kilsəsi vasitəsilə tapmaq olar.

Daşnakların dövründə daşnak Arto Əştərəkdə polis rəisi və ya rəis köməkçisi olub. O, həm də almanlar üçün casusluq edirdi. Arto indi Buxarestdə olmalıdır, ermənilər onu orada çox yaxşı tanıyır”.

Amma fakt budur ki, yalan danışan təkcə Njde deyildi, onun haqqında da yalan danışırdılar. Həbsdə olan Hovhannes Devedjyanın dindirilmə protokolundan kiçik bir parçanı təqdim edirik: “Njde dəfələrlə erməni hərbi əsirlərin qarşısında təbliğat xarakterli çıxışlar edib, onları SSRİ-yə qarşı silahlı mübarizəyə çağırıb. Nijdenin şüarı belə idi: “Almaniya uğrunda ölən Ermənistan üçün ölür”.

Njde həbs olunmazdan əvvəl belə yazırdı: “Dünən sənin salamlarından xoşbəxt olanlar bu gün sənin adının çəkildiyi yerdə özünü pis hiss edir və sənin kölgəndən də qaçır. Mən bu gün həyatla ancaq o dərəcədə bağlıyam ki, Ermənistana xidmət etməyi özümə borc bilirəm”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*