Ağ Ev Müxbirləri Assosiasiyasının yığıncağında baş verən atışmanı törədən 31 yaşlı Kol Tomas Allen ifadə verib.
KONKRET.az xəbər verir ki, müəllim kimi çalışan kişi bildirib ki, onun hədəfi ABŞ Prezidenti Donald Tramp yox, məmurlar olub.
Xatırladaq ki, bu gün səhər saatlarında (Bakı vaxı ilə) ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi, Vaşinqtonda “Hilton” hoteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. Hadisə zamanı 1 təhlükəsizlik əməkdaşı vurulsa da, geyindiyi zireh onu xəsarətdən xilas edib. Hücumu törədən şəxsin sabah məhkəməsi olacaq.

