Yandırılan məktəblinin son durumu AÇIQLANDIbackend

Yandırılan məktəblinin son durumu AÇIQLANDI

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Belə ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, xəsarət alan məktəblinin son durumu barədə məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq qurumdan bildirilib ki, yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzində davam etdirilir:

“20 aprel.2026-cı il tarixində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qalır”.

Xatırladaq ki, 2010-cu il təvəllüdlü şagird 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*